0

Gəlin alim olaq!!! onsuz kifayət qədər siyasətçi var…

Bu dəfəki yazını yazmaqda məqsədim maraqlı bir sayt haqqındadır. Söhbət www.elmipress.com səhifəsindən gedir. Online tanıdığım, amma qısa müddətdə canlı tanıdığım bir çox insanlardan daha çox rəğbətimi qazanan cənab Asif Eminov. Adam konkret olaraq elmlə məşğul olur. Özü də özünün dediyi kimi qatı təkamülçüdür. Əslində mən qatılığın leyhinə deyiləm. Qısası, hörmətim var. Təzəlikcə yuxarıda qeyd etdiyim sayt üzərində işi başa vurub. Çox bəyəniləsi bir şeydir. Mən hələ indiyə kimi bu cür zövqlə elmi məqalələri öz dilimizdə oxumamışdım. Üstəlik də ki, elmin bütün sahələrinə aid – nanotexnologiyadan – tibbə, tarixdən – psixologiyaya. Mən də qoşuldum bu işə. İndi isə işimiz xarici məhşur elmi portallardan məqalələri tərcümə edib yerləşdirmədir.

Bizə SİZİN dəstəyiniz lazımdır. Ölkənin əhalisinin yarısından çoxu gəncləridir. Gənclərin də yarısı siyasətlə məşğuldur, ya da biznes qurmağa asa yol axtarırlar. Biz də qərara gəldik ki, elmlə məşğul olaq. Və adam olmağın çətinliyini nəzərə alıb, alimlərimizi heç olmasa çoxaldaq.

İndi Sponsor axtarırıq. O qədər ürəyi və cibi azçıq biznesmenlərimiz və biznesvumenlərimiz var ki.. Bizə maddi yardım etsin ki, bu istəyimizi reallaşdıraq və fərqli gənclər, fərqli informasiyalı nəsil yetişdirmyə bizim də köməyimiz dəysin. Öz dilimizdə də kiayət qədər məlumat olsun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.