BDSM – erotik hakimiyyətin və ya seksual münasibətrlərin digər formalarının hökmranlıq və tabeçilik kimi rolların ifasına toxunan, psixoseksual subkulturadır.
Fizioloji olaraq BDSM-in əsasında müəyyən qarşılıqlı fiziki fəaliyyət zamanı insanların şüurlu şəkildə tabunun bu və ya digər sosial-determinləşdirilmiş şərtlərini pozaraq psixofizioloji məmnuniyyətə çatma və seksual ehtirasın səviyyəsinin artırılması durur.
BDSM akroniminin tərkib abbreviaturası onun təşkil edənlərdən ibarətdir.
BD (Bondage & Discipline — iradəsizlik və nizam intizam, tərbiyə) — bandaj (əlaqəlilik, hərəkət məhdudiyyəti), intizamlı rollaşdırılmış oyunlar, oyun tabeçiliyi,alçaltma, cəzalandırma;
DS (Domination & Submission — dominantlıq və tabeçilik) — oyundankənar hökmranlıq və tabeçilik; öncədən razılığın nəticəsində tərəflərin qeyri-bərabər hüquqi münasibətlərinin mövcudluğu;
SM (Sadism & Masochism — sadizm və mazoxizm) — sadomazoxizm; fiziki ağrı vermək və ya yaşamaqdan zövq alma təcrübəsi.
Əvvəllər bandaj/intizam (BD) və dominantlıq/tabeçilik (DS) sadomazoxizmin tərkib hissəsi hesab edilirdi. Bu isə haqqında danışılan istiqamətin nümayəndələrini qane etmirdi. Sadistlər əzab verməklə, mazoxistlər isə ağrı çəkməklə istəklərinə çatırlar. Amma hökmranlıq və tabeçilik psixoloji səviyyədə, hakimiyyətin erotik mübadiləsində daha çox əks olunur, nəinki fizioloji dərəcədə. Bütün tabe olanlar mazoxist deyillər və ağrı çəkməyi sevmirlər. Bütün sadistlər dominant deyillər və bütün dominantlar sadist deyillər. Uzun çəkən müzakirələrdən sonra BDDSSM abbreviaturası qəbul edildi və qısaldılaraq BDSM adlandırıldı.
BDSM Azərbaycan dilindəki sadomazoxizm sözü ilə tam mənanı vermir, çünki birinci daha geniş anlayış və praktika sferasını əhatə edir.
Gələk BDSM Azərbaycanda mövzusuna. Bizdə insanların şüurlu şəkildə erotik fantaziyaları çox dar çərçivədədir. Bu tip mədəni cərəyanlar və istiqamətlər hamı tərəfindən birmənalı şəkildə qəbul edilmir. İndiyə kimi son 5 ildə cəmiyyətimizə, əsasən də, gənclər arasında dəb xarakteri alan bir çox subkulturaları (goth, metal, emo, punk və s.) gördüm. Dəb xarakteri almış bu istiqamətlər hətta özümüzünküləşdirilmişdilər. Yəni insanlar illər boyu yaşam tərzi formalaşdırıblar, bizimkilərsə sadəcə ağlamaqla emo, dəmir-dümür geyməklə metallist, saçlarını dikəltməklə punk və qap-qara geyimli mürdəşir yumuş sifətləri ilə gəzərək goth olurlar. Halbuki yaşam tərzi dedikdə psixoloji aspektlər nəzərdə tutulur, bu isə müəyyən müddətdən sonra geyimdə görsənir.
Nə isə.. gələk BDSM-ə. Təsəvvür elə ki, bu subkultura bizə gəlir. və onu da milliləşdirib mutantlaşdırırıq. Onsuz da ağıldan kəmlərimiz çoxdu. Onları seksual tərəfdən fikirləş. Özü də burda geyim yox, psixologiya söhbəti gedir. 15 yaşından 29 yaşına kimi seksual “xəstələr”lə dolacaq şəhər. Cəmi düz-əməlli bir dənə Maştağada 1 saylı dispanserimiz var. Orda da əsl xəstələr qalacaq “giydirmə dəlilər”, özü də seksual, dolacaq ora. Oranı da pritona döndərəcəklər. Yaxşı ki, hələ BDSM bizə gəlməyib. Heç gəlməsin..
– bu hissə ilə tam razı deyiləm.Nə bilmək olar ki,onlar bu işlə məşğul olmurlar?
Sadəcə üzdə demirlər.
nə ilə məşğul olmurlar? hansı hissə?
Kim deyib ki gəlməyib?
http://www.kataloq.net/v2/saytlar/ss/tap=BDSM&p=0_1.html
artiq gelibler. Milli BDSM de yazmisam bu barede
thanks for share!