• RadioCast

PFG| stylOo's Blog

yemək, dinləmək və seks => pornoqrafik yaşam

0

Empyrium – 8 ildən sonra qayıdış

April 1, 2011
Before İnfo Music Video

Empyrium 1994-cü ildə Markus Stock (adətən Ulf Theodor Schwadorf ləqəbi ilə tanınıb) və Andreas Bach tərəfindən yaradılıb, sonralar isə digərləri qrupa qatılıb. Daha öncələr, yəni ilk demo albomun yazılışına qədər isə onların sayı 4 idi. Və 4 kompozisiyadan təşkil olunan “Die wie ein Blitz von Himmel fiel” albomu 1995-ci ild bu iki nəfər tərəfindən yazıldı. Bunda sonra Empyrium cavan alman lable-ı olan Prophecy Productions ilə yeni albomun yazılışına başladı. 96-cı ilin qışında Prophecy ilk “A Wintersunset” albomunu buraxdı, bu ad həm Empyrium, həm də Prophecy-yə şöhrət gətirdi və Avropanın metal-buraxılışları tərəfindən böyük rəğbətlə qarşılandı. Materiallar yığıldı və 97-ci ildə qrup “Songs of Moors & Misty Fields” albomunu Nadine Moelter-lə (o birinci albomun da yazılışında iştirak edib, qrupun 3-cü üzvü demək olar) birgə yazdı.

İkinci albomun buraxılışdan sonra qrupdaxili anlaşılmazlıq oldu və Andreas Bach qrupu tərk etmək qərarına gəldi. Onun yerinə Thomas Helm gəldi və qrup 1999-da “Where at Night the Wood Grouse Plays” albomunu yazdı. Albom əvvəlkilərdən fərqlənirdi.

3-cü albomdan sonra Empyrium 3 illik pauza verdi. 2002-ci ildə ardıcıl olaraq “Auszuge aus Weiland” mini albomu və 4-cü – “Weiland” albomu işıq üzü gördü. Empyrium üçün bu albom unikal idi, çünki yalnız klassik musiqi alətlərindən istifadə olunmuşdu.

Sonuncu albomdan sonra Ulf dedi: “Biz demək istədiyimiz hər şeyi dedik və indi gedirik”, sonra isə qrupunu faliyyətinə son qoyuldu.

2010-un ikinci yarısında Markus Empyriumun qayıtdığını elan etdi.

 

Tags: Empyrium Music like Rock

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Statistika

free counters

Recent Posts

  • sO’nun 3 Vibrasiyası
  • Ağac
  • elə bil, Nəsə çatmır
  • Sənin Gəzistisi
  • Biz
  • Sonshoo
  • yıxan Pilləkən

Stacker

Proudly powered by WordPress Theme: Stacker by ThemeFurnace.