0

Bakıda yatıb Seattle-də oyanardım

saat 01:16

yerimə düz 40 dəqiqədir ki, guya uatmağa girmişəm. bugün nəsə yorğanın yumşaqlıq effektidir ya nə, beynimdən belə bir fikir keçdi, və səsləndirdim. Necə də indi yatım, səhər Washington DC-dəki Homewood Suit-də oz 325ci otağımda oyanmaq istərdim. Çox gözəl idi. Ağlamalı dərəcədə darıxdım. Ya da Seattle-də. Səhər oteldə səhər yeməyi verilmədiyinə görə üzüaşağı bulvar tərəfə gedən yolda bir qəşəng pizza kafesi var idi, ordan da Starbucks kofe evi.. Əla idi. Günorta dənizkənarı dəniz məhsulları fast food-ları. Adamın ciddi ağlamağı gəlir ki, bir günlük qayıda bilsəm. Ya da ki, dirşəşib necəsə gedəsən təzədən. Yenə də o kayfı verməyəcək. ABŞ Dövlət Departamentinin hesabına konkret şelləndik. Əjdaha günlər idi. Hətta səhər əlimdə kofe kilsənin qabağında şəkil çəkdirməyə gedəndə mənə salam verib kefimi soruşan o qız da yadımdadır. İlk qəribəlik idi, gördüyüm insan təbiətində. Telefonu aşağı salıb, hal-əhval tut, sonra söhbətə davam et, kimə salam verdin? tanımıram, hər halda xoş biri idi. Otelin otağından qara kostyumda çıxanda mənə “yapılan tavrlar”. Elə adamlar salam verirdi ki, özümü lap Microsoftun ortağı kimi hiss edirdim. Eh.. blinnn.. mən necə də o New Yorkun səs-küylü Time Square -sinə qayıtmaq istəyirəm, Hard Rock Club-da yadımdan çıxıb almadığım baraban “paloçkaları”nı alardım. Cəmi 19 dollara idi. O meksikalı qızlar və qaçaraq mənimlə sağollaşan Ann..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.