0

fəlsəfi qırıntılar…

filosofları inkar etmək lazımdır?! yazacağımı özümdən yazıram, ətraf və cəmiyyət mənə maraqlı deyil, çünki istədiyim diqqəti onlardan ala bilirəm, biri olmadığı halda o biri məni dinləyəcək qədər mövcud olacaq. inkar edirəm. çünki mən onların hər biri həyatın deyil, öz filosofları idilər. mən də öz filosofumam. istənilən filosofda inkar edə biləcək bir şey tapa bilirəm, bilərəm. onu tanımasam belə.

öz xasiyyətimdə bəyənmədiyim və eyni zamanda çox sevdiyim də budur. alternativ tapmaq, arqument gətirmək. bilmirəm nə vaxt öyrənmişəm, hardan bilirəm. dərd də orasındadır ki, özümün inkar etdiyimi də özüm üçün təsdiq edə bilirəm. aləmi qatıram bir-birinə. hamını günahkar çıxarıram, hamıya bəraət qazandırıram. hamı kitab oxuyur. əla şeydir. mən çox oxuya bilmirəm. göz-falan problemi deyil. sadəcə 300 səhifəlik kitab oxuyuram, sonda kiçik bir şey tapsam maraqlı gələr. ona sərf etdiyim vaxtı insanlarla ünsiyyətə və ya qulağımda opeth-in hər hansı kompozisiyasını dinləyib onların küçədəki davranışlarını təhlil etmək daha maraqlıdır mənə. o təhlilləri kitabda kiminsə yazısı kimi görəndə özümü əjdaha hesab edirəm.

halbuki univerdə oxuyanda fəlsəfə dərsindən məqbul almaq üçün aktivliyim yalnız müəllimə sual vermək idi. “ağıllı” görsənmək. adi subyektlə obyektin fərqini dərk edib beynimdə onun qrafikini çizə bilmirdim.

qrafik demişkən, hər şey 11-ci sinifdə univerə hazırlaşanda başladı. hər şey deyəndə həyati və qeyri həyati proseslərin təhlili metodumun kəşfini deyirəm. bərabərsizlikləri keçirdim, o qədər misal etmişdim ki, metroda iki fərqli boylu insanı nəsə görürdüm, riyazi nəsə və onları bərabərsizlik kimi həll etməyə başladım, axırda alındı. onları eyni boya gətirdim. bilmirəm hansı düsturla. başladım bütün izahatları riyazi verməyə. qrafiklər, xətlər, ədəd oxu falan. amma fəlsəfə daha qəlizdi, riyaziyyat onda sığır, o isə riyaziyyatda yox. nisbilik isə hər şeyi alt-üst edir. hər şeyə qısa cavab var. çünki hər şey nisbidir.

mərkəzdə insandır. çünki nisbətdən özünə laım olan qədər mütləq götürə bilir. onunla yaşayır. insanın allahı özüdür. ona da özü qərar verir, yəni allahının kim olmasına da özü qərar verir. yalnız azadlığını dərk edən insan.

azadlıq nədir? heç də mənim hüquqlarım sənin hüquqlarına qədərdir, ya da buna oxşar şeylər deyil. mənim azadlığım mənim rahatlığımdırsa, mən həbsdə rahatam. mənim azadlığım mənim kiməsə qul kimi işləməyimdirsə, mən qul kimi işləyəcəm. çünki qul olanda mən azadam. azadlıq özünün rahatlığındır. o mənə yük olub məsuliyyət verirsə, nəyimə gərək?məsuliyyət mənim ondan asılı olacağımdan istifadə edib azadlığımı alacaq.

bəli. mənim azadlığım eqoistdir. o istədiyi yerdə sekslə məşğul olmaq istəyir, istədiyini məhv etmək, istədiyi qorumaq istəyir. bu halda məsuliyyətim azadlığımı anlayacaq. çünki məsuliyyət olmayacaq və mən tam azad olacam.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.