0

100 il bundan sonra ya da 100 il tənhalıq

iki gün olar ki, özüm deyiləm. dünən internet yox idi, ondan əvvəl də ki kef. Nərmin Nöqtənin “Sevgilim Fiqo” yazısını oxudum 5-ci, ya da 6-cı sininfdə oxuduğum dövr yadıma düşdü. İndi fikirləşirəm və müqayisədə görürəm ki, indiki səkkizlərlə o vaxtki mən arasında nə qədər fərqlər var. sağa-sola, yuxarı-aşağı, tam 3D inkişafı gedir. 5-də oxuyanda ilk dəfə Cim Kerrini tanıdım, daha doğrusu adının Cim Kerri olmasını bildim. Kinoalmanax ya da Retro verilişi idi, ya da Seans, qısası xatırlamıram, öyrənmişdim ki, Kerri ilk dəfə baş rol aldığı filminə görə 17 milyon alıb. Aktyorluq eşqinə düşmüşdüm. Hollywood, gözlə gəlirəm. O da dedi ki, sən hələ Bakıdan çıx, sonrasına baxarıq. Özümü qoymuşdum gijdiyə.

Uşaq olmaq zor idi. Alə, lyuboy fikir səninçün realdı. Olmayacaq, mümkün deyil, sənlik deyil, sənin profilinə uyğun deyil kimi fikirlər absurd idi. Necə yəni olmayacaq?!. Olacaq!!!

Hələ fikirləşmişdim ki, böyük imarətim olacaq, özü də “knopkanı” basan kimi yerin altına girəcək. Yataqdakı “kravatım” anadonta formasında olacaqdı. “Arvadımla” gecələr girəcəkdim onun içinə, onun ağzı bağlanacaqdı, içəridə boğulmamaq üçün havasızlıqdan “ventilyasiya” sistemi də fikirləşmişdim. İnanmıram ki, o vaxt, mənim o yaşımda, kimsə, hansısa creativemann belə şey fikirləşirdi.

uşaqlar əjdahadılar. ya da ağıllı uşaqlıq əjdaha şeydi. üstündən düz 13 il keçib. indi isə olmayan bir şeyin əsasını qoyub kütlvi pul axını kanalını tapmaqla əlləşirəm. Kvant fizikasından tutub “qara dəliyə” dırmaşıram, ordan da Kamyunun “Absurdun insanı”ndan sürüşüb düşürəm “Berkeley: University of California” və 3 başqa univerə.

Dillər yadıma düşdü, xarici. 100 il bundan sonra əsərində (müəllif yaddan çıxıb) uşaqlar doğulanda onlara preparat vururdular ki, 5-6 vacib dilləri doğuşdan bilsinlər. Vaxtları dil öyrənməkdən daha vacib şeylərə sərf etsinlər. Əsər yetmişlərdə yazılmışdı, 2020 dən dəm vururdu..

Böyüdükcə əsərlər belə dəyişir. Uşaqlıqda 100 il bundan sonra, Böyüyəndə isə: 100 il tənhalıq…

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.