2

mənim köynəyimdə çılpaq gəzməyin…

Mənim xoşuma gəlir sən otaqda mənim köynəyimdə çılpaq gəzirsən və bu məni “zavodit”, xoşuma gəlir sən bərkdən güləndə, fərqi yoxdur, gecə ya gündüz..bu mənim xoşuma gəlir. xoşuma gəlir axşam mənim üstümdən odeyalı çəkirsən və mən soyuqdan büzüşüb birtəhər oluram, ama mənə “pofiq”, xəstələnsəm, özümə “banka” qoya bilərəm, əsas mənə lazım olan sən həmişə yanımda mənim köynəyimdə gəzəsən. Mənə səninlə xoşdu, darıxmıram, hətta öz nanotexnoloji kəşfimi edə bilərəm və nə qədər ki, yuxu görürsən gedim sənə “pizza” bişirim…

Oturub pop cornla Dr. Dieselin kampaniyasında debil kinolara baxmaq belə səninlə xoşuma gəlir, hırıldaşırıq. Səninlə klubdan çıxandan sonra, yolda gəzə-gəzə çaxır dadı verən dodaqlarla öpüşməkdən xoşum gəlir. 10 dəqiqə qırışıb barışmaq mənim xoşuma gəlir. Mənim xoşuma gəlir səninlə hamamda, mətbəxdə hətta divandan yıxılıb qalıram yanında…

Səninlə yaşıl otun üstündə uzanıb sənin göyə baxmağın, mənimsə sənə ..ya da evdə, başımı mılpaq ayaqlarının üstünə qoyub multikə baxmağımız, səninsə mənim saçlarımla oynamağın.. xoşuma gəlir..

Yatana qədər içib səhər isti kofe ilə birlikdə təzə həyata başlamağımız mənim xoşuma gəlir..

P.S. Cavid bro-mun wall-undakı mahnı sağolsun 🙂

2 thoughts on “mənim köynəyimdə çılpaq gəzməyin…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.