0

bizim gənclər əjdahadılar.. (siyasətsiz)

çoxdan yazmaq istəyim bir  şey var idi. bizim gəncliyin təhsil və yüklənmə baxımından əjdahalığı.

Götürək 2009-un aprel – may ayını. Dalğanın rəyi və dəstəyi ilə ABŞ Dövlət Departamenti və Səfirliyinin maliyyə dəstəyi ilə getmişdik ora. Gənclərlə info mübadiləsi idi. Bizim Dalğanın kiçikli – böyüklü keçirdiyi aksiyaları (dinc) onların gənclərinə danışanda qaqaşlar dəli olurdular ki, o cür sistemdə siz belə şeylər edirsiniz.

Sonra.. onların dünyagörüşü bizə məlumdur ki, elə də geniş deyil, çem bizdə. Məktəbləri ilə də, univerləri ilə də tanış oldum. Adamlar bir istiqamət seçib o üzrə ixtisaslaşırlar. Vəssalam, oranın şkaturşiki, elə şkaturşikdi, bizimki kimi həm elektrik, həm də şkaturşik deyil.

Əsas məsələ də univerdədir. Bizim ölkədə ali təhsil ocağına girmək, ya da daxil olmaq üçün kalan oxumalısan. Mən oxuyan vaxtı 5 dənə fəndən suallar idi, 3 digər fənn isə əlavə fənlər blokunda idi. Yəni bu, o deməkdir ki, sən mini ya da maksi universal olmalısan. İndi götürək “qardaşımız” Türkiyə və Avropanı. Məntiq-riyaziyyat, ya da SAT and TOEFL or İELTS. Kim universal olur? hər halda universallıq bilirsən nədir.

Yəni ölkəmizdə təhsil səviyyəsi aşağı olsa da, sıfır demək deyil. Çünki bu aldığın təhsil sıfır olsa, sən o Türkiyəyə nə də Avropa ya da ABŞ-a gedə bilməzsən boş başunnan. Hələ o hərbi xidmət çəkməyib yekə-yekə danışanlar var. Orta təhsillə ali təhsili  bir edib danışmaq zarafatla belə olmaz. Oturub mənə psixologiyadan dəm vurmaq lazım deyil, ən bəyük məktəb hərbi xidmətdir. Get görüm sənə orta təhsilini belə başa vurmamış bir “liçka”lı, ya da “ali təhsilli”, ama səndən 2 yaş böyük, ya da balaca olan “leytenant” komanda verib, süründürəndə, etmədiyin əmələ görə, Ləzət eliycey? Eləmiycey.

Bizim akademiyada oxuyanda (ADNA) bir ali riyaziyyat müəllimimiz var idi. Həmişə deyirdi ki, çalışın gedin xaricdə oxuyun, əmin ola bilərsiniz ki, əgər burda öz “kəlləvə” 3 alırsansa, orda 4-5 rahat alacaqsan. Özüdə EXCEPT var idi. MDB ölkələrindən başqa. Çünki Sovet hər nə də olsa, ciddi təhsil verirdi. Boş yerə birinci o uçmadı kosmosa və o boyda müharibəni udmadı. Tör-töküntüləri hələ də qalıb. Çünki pedaqoji nəsil hələ təzələnməyib.

Nə deyirsiz deyin. 4 səhvin bir düzü apardığı halda 8 fəndən imtahan verib 700 dən 600 neçəsə bal toplayıb (hələm 700-ləri demirəm )univerə girmək, hər götdü avropalı və türkün işi deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.