1

siqaret tüstülərindən ruhunu uddum

4 dəqiqə 19 saniyədən cəmi 3 saniyəsi ürək döyüntüsüdür. əvvəli izahat verir, sonra özünü və bizi izah edir. 32 saniyədən sonra sənin gözlərindən danışır, ordakı alov və rəqsdən. biraz da keçir… biruzə vermək istəmədiyi acılar, içindəki hayqırtıya gətirir.. anlamırsan. əlbəttə, sən məni tanımırsan axı, mənim səni tanıdığım qədər. sən nədən söhbət getdiyini belə dərk edə bilməzsən.

çox cansızsan.. sadəcə vücudsan, sən allahsan. sən fikirlərdə olan obrazsan, qorxu yaradırsan, özünə tabe edirsən, ruhsuzluğun üçün ruh alveri edirsən..anlamırsan ki, hər buraxdığın siqaret dumanına qarışmış ruhun çıxıb səndən.. tüstüyə bax.. çox təmizdir. yanında o tüstüləri mən udurdum..içimdəsən..

çox axmaqsan..mənim bədənimdə ikinci həyat sindromunu yaşayırsan..sən keçmişindən neytrallaşdırılmısan.. gələcəyin güzgü qarşısındakı saniyələrindir… qalan anların indikindir.

sükut içində ittiham edir..tanrının sığal çəkən əlləri düşən yarpağı görməyə mane oldu.. mən bir boşluğam. yazılarım belə qarışıqdır.. hisslərin olmamağıdır. mənimki ağlamalı və peşman olan sevgilərdən keçib, daha ilahiləşib, daha sakit və ölü səssizlik doludur.

o bilirdi ki, onunla söhbətimdə xatırlatdığım qırmızı çay damarlarımdakıdır. sən isə o tüstülərin hesabına ordasan..

1 thought on “siqaret tüstülərindən ruhunu uddum”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.