0

fəxr olunasi gələcək gəlir?!

Bugün bir başqa gündür. Artıq nələrsə üzər çıxır, kimlərsə fəllaşıblar. Bugün bizim gəncliyin bir qismini görüb 7-ci ilinə qədəm qoymuş və 6 il ciddi mübarizələr aparmış Dalğa Gənclər Hərəkatı ilə fəxr edirəm. Səbəblər həddindən çoxdur. Bu mitinqlərə qoşulmuş deyə nə Dalğaçılara, nə Dalğaya satılmış və çökmüş, sönmüş, nə də Ramin Hacılıya satılmış kimi baxa bilmərəm. Niyə? Çünki mən siz deyiləm, elə mənəm. Kimin də nə etdiyinə hörmət edirəm. Bir dənə prezidentdən başqa. Onun “sroku” keçdi və  hörmət ediləsi kiçik bir şeyini də görə bilmədim etmirəm. Nəysə.. sözümü nəyə gətirirəm. Dalğa başlamışdı, ya da başlayanlardan biri və yəqin edirəm ki, ən aktivi idi, bu marifləndirmə, gənclərin təhsili və dünyagörüşünün artırılmasına səy göstərənlərin. Ayaqyalın yürüşlər, qəzetoxuma, zəncirlənmə, vedrə ilə su daşıma, kəfənə bürünmə və s. kimi insan və tələbə hüquqları, həmçinin qadın hüquqları ilə bağlı aksiyalar, fləş-moblar keçirirdi. Nolsun indi durğunluqdu. Vaxtiylə MySpace də 2006-cı ildə dünyada qaz vurub qazan doldururdu. Noldu? ondan daha güclü, daha ağıllı Facebook gəldi. Təki bizim durğunluğumuzun da səbəbi elə bizdən ağıllı, kreativ və bacarıqlı gənclərin gəlməsi olsun. Kstati, Facebook-la MySpace əməkdaşlıq edir, bildiyim qədəriylə.

Hamısı maariflənmədəndir. Fəxr edirəm ki, mən də az-çox nəsə etmişəm bu sektorda. Nəticələri deyim nədir? Deyim sən də istəyirsən yaz, istəyirsən oxu. Asif Eminovun əsasını qoyduğu və mənim də onula birgə çalışdığı ElmiPress portalıdır. Əjdaha ideyadır. Ölkədə nəhayət ki, siyasətdən, şou-biznesdən (paçti eyni şeydilər) fərqli xəbər-məlumat səhifəsi yaratdıq. İnandırım ki, heç işləməyə ofisimiz yoxdu, amma gör necə saytımız var.

Sonra gəlir AzBlog layihəsi. Dünən tanış oldum. Super ideyadı. Bütün virtual fikir döyüşçülərini orda cəmləyib bir ordu yaradır. Buna görə də Cavid Ağa və Etibar Salmanlıya (tanıdığım bunlardır) təşəkkür edək, sözsüz ki, kömək edən digərləri də var. Bu bilirsiz nədir? Əsasını AN şəbəkəsi (Emin Milli və yoldaşları) qoyan ardınca da eyni vaxtda hərəkətə başlayan OL!, DALĞA kimi bir neçə digər hərəkatların maarifləndirmə prinsiplərinin ilkin cücərtiləridir. Optimistcəsinə yanaşıb deyə bilərəm ki, cavanların (dediyinə görə 12 min, ama 3 min də bəs edər əgər varsa) çayxanalarda boş-boş laqqırtı vurub, axşam da bazdığa getməyindənsə, ş -tfu, g-tfuu İrəlinin ofisində yığılmaqları da müsbət hal idi. Heç olmasa, 5-6-sı layihə yazmağı öyrəndi, 20-30-u uşaq evlərinə getməyi anladılar, 40-50-si xarici ölkə nədir bildilər, 50-60-ı gender sözünü yazdılar, hələ deyim ki, SPİD-ə qarşı keçirilən tədbirlərdə gənclərimizə PREZERVATİV “taxmağın” faydalarından da məsləhətlər verilirdi. İrəlinin də haqqı var. Danmaq olmaz. Başımızın üstündə “ALLAH” var. Yoxsa, yazığı gəlməz bizə, bu hakimiyyəti bir 20 il də davam etdirər. Ona nə var ki..

Sən öl, fəxr olunasıdır. Düzdür, indi də bambılıların sayı artıb. İkigündən bir QHT dəyişirlər. Amma nə mənası. iş gör bala!.

Yox.. bizim gənclər ciddi əjdahalaşıblar.

P.S. vaxt var idi yahoogroupslarda qırışırdıq, indi daha rahat facebook-da didişirik. Sağol, ay Zukerberg.

P.S. S. Avropanın və USA-in “ƏN” ciddi Qəddafiyə qarşı belə böyrəkləri dözə bilmədi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.