0

Kamyudan Absurd Azadlıq

Artıq əsas iş görülüb. Mənim indi tərk edə bilməyəcəyim aydın olan şeylər var. Vacib olan – mən nəyi bilirəm, nədə əminəm, nəyi inkar edə bilmərəm və nəyi tullaya bilmərəm. Mən mənim tutqun nostalji ilə yaşayan hissəmi inkar edə bilərəm, öz vahidlik istəyim, həlli tapma aclığım, mənim aydınlıq və nizamlılıq sorğumdan başqa. Mən məni əhatə edən dünyada zövq aldığım hər şeyi rədd edə bilərəm, anarxiyadan yaranan, daxilində ilahi bərabərlik və təsadüflər hakim olan xaosdan başqa. Mən bilmirəm, bu dünyanın onun öz mənasında üstün bir şeyi  var ya yox. Ancaq bilirəm ki, bu məna mənə naməlumdur və mənim ona çatmaq imkanın yoxdur. Mənə izinli olanların sərhədlərindən kənar olan anlam mənim üçün nədir? Mən insan anlayışları çərçivəsində başa düşürəm. Mən nəyə toxunuram, nə mənə qarşı çıxır – mən bunu başa düşürəm. Və iki şeyi barışdıra bilmədiyimi bilirəm – mütləqiyyət aclığım və vahidlik bir tərədən, dünyanın rasionallığı və məntiqilik prinsipi digər tərəfdən. Hansı başqa həqiqəti mən ümidsiz qəbul edə bilərəm, bir halda ki məndə o yoxdur və mənim tale çərçivəmdə ümid heç bir rola malik deyil?

Mən ağaclar içində ağac, heyvanlar içində pişik olsaydım, bu həyatın mənası olmazdı, daha doğrusu, bu problem mənasız olardı – mən dünyanın bir hissəsi olardım.  Mən bu dünya olardım, hansına ki mən indi tam şüurumla və var olanla yaxınlaşmaq tələbatımla qarşı gəlirəm. Alber Kamyu

P.S. Mənim şüurum gülünc olacaq qədər kiçik olsa da, məhz o məni kainata qarşı çıxardır. Mən onu “delete” düyməsini tıklamaqla silə bilmərəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.