Mən bütün məsuliyyəti öz üzərimə götürərək ekzistensialist mövqeni fəlsəfi intihar adlandırıram. Ancaq bunda heç bir qiymətləndirmə yoxdur. Bu sadəcə özünün inkarını üstələməyə çalışan və özünü inkar edən fikir ardıcıllıqlarının asan üsulla izahıdır. Ekzistensialistlər üçün inkar onların Allahıdır. Dəqiq desək, Allah insan şüurunun onu inkar etməsi ilə özünü dəstəkləyir. Lakin hər bi insanın intiharı kimi Allahı da var. Tullanmağın bir neçə növü var – vacib olan isə tullanmaqdır. Bu günahyuyan inkarlar, müvəqqəti keçilməz səddi inkar edən yekun təkziblər, dini ilhamlanma ilə olduğu kimi rasional ardıcıllıqlı düşüncə də məna yarada bilər (hazırki düşüncə bu paradoksa hədəflənib). Bütün bunlar əbədiyyətə namizəddirlər – elə tullanış da bundan ibarətdir.