0

Adolf, Məhəmməd, Corca nifrət edək, hamılıqla!

Mənimçün çox qəribədi. Demək olar ki, məni təhqir etməyən istənilən fikri qəbul edə bilirəm, hətta rəğbət də bəsləyirəm, Hitlerə, Məhəmməd peyğəmbərə, Corc Washingtona və s. olduğu kimi. Hər üçü üçün öz kütləsi var. Faşistlər və rasistlər, müsəlmanlar və islamın digər qolları, liberallar və amerikapərəstlər və başqaları. Hitler yəhudiləri minirdi, axırda dedi ki, “mənə indi yəhudiləri qırdığıma görə nifrət edirsiniz, amma vaxt gələcək hər öldürmədiyim yəhudiyə görə mənə lənət oxuyacaqsınız”, Məhəmməd peyğəmbər demək olar ki, Ərəb dünyasını və farsları, həmçinin də atəşpərəstləri qılıc hesabıba qan tökə-tökə, baş kəsə-kəsə (o vaxtı krimasiya yox idi, bəlkə kafirlər üçün cəhənnəmi də burda edərdi) islama gətirdi, daha doğrusu, islamı onlara soxuşdurdu. Cor Washington da Britaniyanın koloniyaları hesabına qırdı bütün qırmızı dərililəri, o da qan tökdü, baş kəsdi, ox da atdı, tüfəng də doldurdu, axır ki, indi dünyaya paz qoyan Amerikanı yaratdı. Rəğbət bəslənəsi deyillər ki? Niyə? Pis əməllər ediblər? Yaxşı ediblər, ay brat. Götdü oğlan çıxardı qabaqlarına qoymazdı. Onlar çox ağıllı idilər, baxmayaraq ki, Stalində öz pazını Hitlərə soxa bildi. O lap ağıllı idi. Bic olmaq üçün ağlın beyninin bütün qırışlarında əks olunmalıdır.

Hegeldən girib Sartrdan çıxmaqdan, Dialektikadan Anti-dürinqə qədər yol qət etməkdənsə, biraz da düşünmək yaxşı şeydir. Onlar hamısı əladır. Əlbəttə oxumaq lazımdır. Bilmək lazımdır. Amma qoyun kimi onu etməkdənsə, özün də fikirləş ki, sabah Hitler, Məhəmməd və Corc kimi ağıllının şeyinə tuş gəlmiyəsən.

Elə bilərsən ki, mən bunu zor olduğuma görə yazıram, fərqlənmək üçün. Bilirəm ki, anlamaq sənlik deyil, amma fərqlilik içdən gələndə sənə süni görünsə də mənə pofiq olacaq. Çünki içdən olmasa idi, xətrimə deyərdi, adam itirməkdən qorxardım. Mən sadəcə anlamıram ki, necə həya yaşamaq lazımdır ki, balıq olmayıb axına qarşı gedəsən. Anlamasan, cümləni bir də oxu. Son zamanlar ciddi olaraq sevinirəm ki, mən onlardan deyiləm. Mən-mən deyirəm, mən tək deyiləm, mənim kimilər də çoxdur.

Hə, gələk bu rəğbət məsələsinə. Çox dərinə getmək istəmirəm. Hitlerin hakimiyyətə gəlməsində Amerikanın rolu var idi (Corc Buş kiçiyin babası Hitleri maliyyləşdirən Bankın sahibi idi), Stalin də icazə verirdi ki, Alman ordusu 39-cu ilə qədər Sovet torpaqlarından poliqon kimi istifadə etsin. Stalinin planı məlum idi, etdi də, baş tutmasa da, amma nəsə elədi. Amerikanın planı isə baş tutdu. O aləmi qatdı, vurdu bütün Avropanı bir-birinə və Marşal planı ilə hamını özünə borclu elədi. Corc-lar daha ağıllı çıxdılar. Hitlerə gələndə isə ortada qalan və ən çox nifrət qazanan oldu. Halbuki, o birilər daha qəddar və kəskin anti-demokrat idilər.

Məhəmməd peyğəmbərə gələndə isə, indi hamı insan hüququndan dəm vurur, deyən lazımdı ki, büdpərəst və atəşpərəst adam deyil ki? Sən niyə axı onun mənəvi hüququnu qılıncdan keçirib müsəlman edirsən?

Hamısı bir bezin qırağıdır. Hamısı da Dahidir. Çünki ancaq dahilər elə geniş fikirləşə bilirlər, mənfi ya müsbət fərq etmir. O ki qaldı dahilər yaxşı əməl edilər ancaq, belə bir qanun yoxdur, heç yazılmamışı da yoxdu. O adam, maksimum, dahinin ziyalı qismidir.

Nəysə, yenə də razılaşmamaq hüququndan istifadə edə bilərsən.
P.S. “mən “bu şeyə” qarşı tolerant ola bilmirəm” anlayışını mənə izah edin ki, mən də bilim.

P.S.S. fb dəki Hitlerlə bağlı statusuma bir neçə dəfə baxdım və orda 24 nəfəin statusu bəyəndiklərini gördüm. Yalnız mənim kommunist yoldaşlarım o fikrə qarşı çıxdılar və məni onların “dostu” olmaq “şərəfindən” məhrum etdilər. Həm də like edənləri ya qoyun ya da faşist olduqlarını iddia etdilər. Neujeli, ancaq sol yönümlülərdən başqa heç kim humanizm bilmir nədi və insan da yalnız onlardı?! )))

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.