Riçardsonun 45 yaşı var, amma müəllifi olduğu xuliqansayağı şəkillərdə özünün də iştirakının əleyhinə deyil. Onun fotokameranın obyektivi ilə inanılmaz qalmaqal yaradan gözlənilməz anları istər feşn-dünyada, istərsə də reallıqda tutması dahi fotoqraf olmağına səbəb oldu. Onun işləri bəzən yumorik, bəzən faciəvi, bəzən əsrarəngiz, bəzən pornoqrafik, amma həmişə təxribat xarakterli olur.
Terri Nyu-Yorkda doğulub, Hollivudda böyüyüb. Orda özünün ətraf mühiti əhatə edən ilk fotolarını çəkib, eyni zamanda Hollywood High School oxuyub və “Görünməz Hakimiyyət” pank-rok qrupunda iştirak edib. O vaxtdan o, fotolardan ayrılmayıb. Onun atası feşn-fotoqraf kimi məhşur olub.
Qalmaqal və pornoqrafiyaya, eksgibisionizm, çılpaq vəziyyətdə işlərə olan incə sevgisi onun gənclərin bu yaşlarındalı utancaqlıqları ilə radikal mübarizəyə əsaslanır. İndi isə o modelləri seksual məcburiyyətə təhrik etməkdə günahlandrılır. Amma o buna tüpürüb. Qoy onu təkzibolunan əxlaqsız hesab etsinlər – o özündən razıdır. Sözsüz öz işlərindən də…
O gəzir, fotokameradan ayrılmır, özünün http://www.terrysdiary.com/ foto-gündəliyini yaradıb, Gucci, Sisley, Miu Miu, Levi’s, Eres, Chloe, APC, Carolina Herrera, Nike, Kenneth Cole üçür çəkir, Vogue, I-D, Dazed and Confused, GQ, Harper’s Bazaar, W və Purple kimi jurnallarla əməkdaşlıq edir.
“Dəb narkomanları” seriyasından…
“Be Stupid” Diesel:
Çoxdan idi ki, Terri dahiyanə bir şey etmirdi.. və onun son əsərlərindən Pirelli təqvimi:
Qlobal istiləşməni yaşamış insanlar və geyimlər barədə kampaniya: New-York, Cənub qütbü, Venesiya (İtaliya), Corcovado..