Dialoq, PFG-nin Teomana qulaq asması ilə başladı…
Centaur: Sənin beynindəki mahnıların sözləri heç olmasa normaldır, sevinməlisən: məndə səhərdən beynimdə fırlanan mahnının sözlərində təqribən belə deyir: the humanity is burning tonight, the humanity sign is dead, dead
PFG: sən də faşistsən.. dostluqdan siləcəm səni.. mən buna qarşı tolerant ola bilmərəm, sən insanlığın düşmənisən, kafir mahnılarına qulaq asırsan..
Centaur: Hahahaa .. mən heç insan da deyiləm
PFG: sən anlamırsan eeeee. humanist ol. cəmiyyətdə hamı bərabərdir.. belə eləmə. onlar Hitlerin ideyalarını musiqi ilə sənin kimilərin beyninə yeridirlər.. onlar düşməndirlər.. onları sevən qoyun olmalıdır..
Centaur: Hə, yaxşı, sil e, mənim kimi irticanın siz müqəddəslərin arasında yeri yoxdu.
PFG: sən xainsən, sən kafirsən, sən solçu deyilsənsə, insan deyilsən.
Centaur: Mən xainəm, mən kafirəm, mən hamıdan kənardayam, sizlərə ehtiyac duymuram, mən heç kəsə ehtiyac duymuram, mən özümlə cənnətdəyəm, insan deyiləm, amma, sizlərdən yaxşıyam.. dont be sad
PFG: sən axmaqsan, sən təhqirə belə davamlısan, özünü güclü hesab edirsən, sən kimsən axı?! dərisi soyulacaq Nəsimisən? ya Özünü öldürəcək Hitler? Bəlkə Nitşe? sən ölüsən, düşünürsən ki, sən fövqəl-insansan?! (Sən sadəcə qoyun olub kütlənin arxasınca gedə bilmirsən. Sən elə insansan, biz qoyunuq, amma qoyunluğumuzu anlamırıq, çünki xalis qoyunuq. Hamı bərabərdir deyirik, amma dərk etmirik ki, heç yaşadığımız küçələrin kandarı belə bərabər deyil, bu necə mümkün olar? idealistik? yox əşşi, sadəcə düşünürük ki, idealistik, utopik bir şeyin real olacağını elə deyirik ki, Marks indi yaşasaydı pox yeyərdi o Kapitalı yazmazdı).
Centaur: Mənim divarlarım çox davamlıdır, mən keçilməz qalayam, əlçatmaz dağın başında, sizin təhqirləriniz ox olur dəyir mənim daşlarıma, sınır, düşür. Tənhasız siz, bədbəxtsiz siz. Ən pisi də odur ki, bunu dərk etmirsiz. Dövlətinizin zəif və sizi ideologiyada birləşdirə biləcək gücdə olmaması sizi çobansız qoyunların vəziyyətinə salıb. Yaşıllıqdır, ot-çəməndir, amma otunuz elə azdır ki, azdır. Acsız siz. Öz komplekslərinizi özünüzdə sındıra bilmirsiz, başqasında axtarıb onu məhv etməyə məramlanmış cəsəd quşları. Fərdiliyə davam gətirməyən goreşənlər.
PFG: haha.. sən anlamırsan. biz o qədər zombiyik ki, öz komplekslərimizi görmürük, sən isə onların məhvindən danışırsan. sən absurd daşıyırsan. biz düşünə bilməyən balıq sürüsüyük, yaddaşımız 5 saniyəlikdir, müqayisə edə bilmirk, biz o qədər mənasızlaşmışıq ki, sizin mənasız olmanızı da düşünürük. biz səndən ağıllıyıq, biz Hegel, Haydelberq, Nitşe, MARKS, ENGELS, SARTR oxumuşuq. sadəcə oxumuşuq və təhlil etdiyimizi düşünürük, amma anlamırıq ki, mal kimi onların dediyi ilə sadəcə razılaşırıq. öz məhsulumuzu yetişdirmirik..
Centaur: Kozel, sən elə bilirsən ekzistensializm elə Sartr, maksimum Kamyudan ibarətdir?? Sən bilirsən Qusserl kimdir? Yooox, bilmirsən axı.Doqmatik “kommunistin oxumalı olduğu 5 kitab” ehkamı sənin haqqındadır. 350 səhifəlik “ateistin cib lüğəti”ni sən gözünə soxmusan, çünki, əmr belə idi. Anti-Dürinqi oxumusan, çünki, göstəriş var idi. Mən isə həyat prinsiplərimi qəlbimdən alıram, şüurumla məsləhətləşirəm. Mən dost dediyim adamı Hitlerə rəğbət nədi, heç məni öldürməyə cəhd etsə də pozmaram, çünki o – dostdur və köməyimə ehtiyacı var. Sən isə, iri köpək balıqlarının yanınca üzən və arabir dişlərinin arasındakı zibili təmizləməklə qidalanan xırda balıqcıqsan. Sən mənim dostum ola bilməzsən.
PFG: sən nə danışırsan axmaq? sən Kamyunun absurdun adamısan. səndə uyğunluq yoxdur. sənin məgər qəlbin var? qəlbi olan humanist olar. o faşist görəndə başını əzər. sən yəni bu qədər düşüncəsizsən ki? hamı bir birinə keçmişdən qalma adəti saxlayıb yoldaş deməlidir, bəy, xanım, cənab olmaz.. onlar bərabərliyi pozurlar, zümrələyirlər. mən sənin dostun ola bilmərəm, istəmərəm, çünki sən məndən deyilsən, mən isə azadlığımı o qədər dərk edə bilmirəm ki, sənin mənim sənə olan hörmətsizliyimə hörmətini anlayım.. buna gücüm çatmır.. mən zəifəm
Centaur: Tarixin ən məşhur insanları “axmaq”, “dəli”, “anormal” adlandırılanlar olub, bir nəzər sal bəşəriyyətin keçmişinə və məni qəbul et. Mənim faşistliyim – asıb-kəsən, öldürən, dəmir ucluqlu çəkmələrilə yəhudini divara sıxıb dişlərini daşlara vurmaq deyil. Mənim antihumanizmim bütün ədalətsizliklərə, qətllərə və vicdansızlıqlara qarşı etiraza söykənib, mən onlara nifrət edirəm. Mənim bəyəndiyim Hitler qaz kamerasında adam qurudan deyil, mənim bəyəndiyim şəxsiyyət – gələcəyin bəlalarını vaxtından əvvəl görmüş adamdır. Bəli, mənim qəlbim var, min divarın içinə sığınmış qəlbim, sən kimsən ki onu görə biləsən? Sən bil ki, məni humanizmimə görə pozmusan.
Centaur: sənin məni alçaltmağımı belə dərk edə bilmirəm. mən Hitlerə nifrət edirəm, amma Məhəmməd Peyğəmbəri sevirəm, çünki o bizə din gətirdi, mən görə bilmirəm onun insanları məhv etmək bahasına bunu etməyini. mən koram. hahaha.. sən özünə dahi, ağıllı deyirsən?.. səndə təvazökarlıq yoxdur.. və mən anlamıram ki, insanlardakı eqo onların inkişafına səbəb olur.. Hitler dahi ola bilməzzz.. o qırğınlar törədib, o insanları yandırıb.. sən necə dərk edəsən axı bunu? mən bədbəxtəm, anlamıram ki, sən bunu dərk etdiyinə görə daha üstünsən
Centaur: Solçu – ateistdir, sən hansı yerinlə sevirsən Peyğəmbəri? Qəlbinlə sevirsənsə – ateist deyilsən, ağlınla sevirsənsə – azərbaycanlısan.
PFG: mən vətənpərvərəm, mən Mübarizçiyəm, Mən millətçiyəm, mən Hitlerə nifrət etməyim üçün solçu olmalı deyiləm..
Centaur: Hitlerdən böyük millətçi axtarırsan sən? Sən tənhalığın öhdəsindən necə gəlirsən, bilirsən? Marksı, Engelsi oxumaqla, və ya kimləsə cütləşib digər birinə hücum etməklə. Sanki, anında Marks əlini sənin çiyninə qoyur, bütün sovetlər və naftalin iyi verən kommunistlər başına toplaşır, pərvaz edirlər, sən düşünürsən ki, heç kəsin bilmədiyi həqiqəti dərk etmisən və səndən sonrakı – mütləq boşluqdur. Elə hesab edirsən ki, bunu hamı bilməlidir, axı onlar yanılır, axı həqqdən sapıblar. Güzgüdə dahini, səmada Darvini, ətrafında cahilləri, sənin kimi sərvətdən bixəbər olan yatmışları görürsən. Onlar səni çoxdan itiribər, çalış sən də onları itirmə.
Dialoqda çatıdırlmaq istənən odur ki, fəlsəfə oxumaqla və ya dinlə məşğul olmaqla deyil, özünə kənardan baxa bilməyən insan bir sürünün tərkib hissəsidir. Əvvəla kənardan baxa bilmir, lap baxsa da, özünü o kütlədə tapa bilmir, orda olmadığı üçün yox, özünün tanımadığı üçün. Dəyərlər və düşüncələr çox fərdidir, insan qəlibə girməməlidir demirəm, çünki məcburi deyil, ama insan mövcud qəlibləri dağıdıb, özünü yaratmalıdır, o qəliblərin qırıqlarından.
PFG burda istənilən biridir. solçu, sağçı, mərkəzçi, dindar, panteist, ateist, liberal, millətçi fərq etmir.. o SİZsiniz.
P.S. Mənsə insan itirməkdən qorxmuram, amma, bunu heç sevmirəm… Alışa bilmədim nankorluğa, yenə də, ilk uşaqlığımdakı kimi, hər qarşıma hər çıxana bütün dişlərimi göstərən səmimi təbəssüm və təmiz niyyətlərimi göstərirəm. Hər növbəti insan mənim təbəssümümü qorxaqlıq və sadəlöhvlük kimi qəbul edərək, gözlərimi deşir, ağzımı tikir və məni dənizin ən dərin yerində batırmağa çalışır, biri mənə aid olanı almaq üçün, digəri, kəskin zəkamdan başqa alınası heç nəyimin olmadığını anladığından məhz onu söndürməyə can atır. Sən də gəl, götür əlinə bir daş, sən də at mənə… Əlbət, bir gün sənə də bir daş atan tapılacaq.