0

Notların hıçqırığındakı sənsizlik..

Olmadı!

 Ağlıma gələn başıma gəlirdi. Gedənlərin ruhu kolleksiyama yenisini daxil edirdim.

 Yaxşı. mərci kim qazandı?

Şeytan?

Yoxsa, Tanrı ? Onlar yoxdursa?
O mu?

Önəmli deyil, itirdim!

Doğrudanmı, İnsan xöşbəxtliyi öz ölümünü arzulayıb orda gördüyü insan sayı ilə müəyyənləşdirər?

Ən öndə olanlar məni sevənlərdir. Biri çox sevirəm deyib ağlayır, biri isə gülür.

İmtina etdim özümdən. Özüm olaraq səni həyatdan aldığımı düşündüyüm “o” həyatdan imtina etdim.

Ön sıralardan cənnətə alınan bir biletə sahib olduğumu düşünürdüm. Amma dedilər ki, cənnət yoxdur. Ağlamaq istədim, ama gücüm çatmadı. Məgər boşmuş bütün bu umduqlarım. Süpürüb atdılar ölü ruhumu dərin bir məzara. Və içində bir ürək döyünən boş vücud oldum.

Satanist olmaq istədim, əvvəllər haqqımda düşündükləri kimi.. qanlı sevgilərdən daha gözəl xəyallar qurub, allaha daha yaxın olmaq üçün. Cəhənnəmin  üzümə taybatay açıq olan qapılarıdan yazmaq üçün. O zamanlar gecəni gündüzə tikə bilirdim, tanrının göz yaşlarını oğurlayan küləyin saçlarına barmaqları ilə sığal çəkdiyini duyurdum, sonda bitdi deyən dərin gözlərinə baxa bilirdim.

Getdi bu sözləri gətirən hisslər. Sayəndə vəhşiləşdim. Yazılarım belə əlaqəsiz oldu.

Unutdum sandım o tutqun meşələri xatırladan əllərinlə toxunuşu, məgər dinlədiyim musiqiyə köçürüb getmisən hisslərimizi.

Konyak dadan dodaqlarını istəyirəm.. sakit başlayan ehtiraslı başlanğıc, ürək döyüntülərinin tezləşməsi ilə bitən ritm.. qəbirsanlıq sükutu..kiçik addımlarla..

hər notda sanki bir söz birləşməsi gizlənir, onları hərflərə çevirib sözlər yaradırsan cümlələr məna bildirmir, ama notlar bütün hissləri ifadə edir. sən əsrarəngiz idin..

Gəl gedək kilsəyə allahsızlığımıza dua edək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.