mən bir balığam.. və sən həmişə yaddaŞımdasan, ölməyəcəksən, anlarınla yaşAyacam. unutmamaq üçün gözümü açmıRam. sükutum ən güclü səsim, dalğalar nəFəsim.
mən bir kəpənəyəm, bir həyatım bir günümdə. qaranlıq gecə ya aydın sabahım, mənİm seçimim olmur səmada tənha uçuşumdan başqa. mən bir Kəpənəyəm, sabah öləcəm, ruhunda diriləcəm. qanadlarımdakı cizgilərim sevgim..mən kəPənəyəm, özüm özümə bəs edərəm, bu zamanda üzəcəyəm, sağa-sola baxacağam, anlamasam da, mən biR kəpənəyəm sabah sənə dönəcəyəm. ya bir bayquşun yeni Olacağam, ya da yorğun qanadlarımla havanı özümə məzar edəcəyəm. mən bir kəpənəyəm bir kollekSiyaya çevriləcəyəm..səni sevməyə qanadlarında başladım..
mən allaham, səni yenidən və yenidən yaradacağam, yenidən Tərk edib, yenidən sevib, yenidən öldürəcəyəm.
mən bir güzgüyəm, hər gün sənə baxıb özümü görəcəyəm. sən bir gün akvarİumdakı balıq, bir gün şüşə arxasındakı kəpənək, bir gün isə boşluq olacaqsan.. və mən sənə baxıb özümü görəcəyəm.
Cem Adrian və Hayko Çepkinə təşəkkürlər..
Xüsusi işarələnmiş hərflər nə məna verir?
o xususi insana aid edilir..
aaa uje znala. Sarfik prosti :)))